Play Store

Bakıda ƏMƏLİYYAT: 27 yaşlı qadın narko-kuryer tutuldu

Bakıda ƏMƏLİYYAT: 27 yaşlı qadın narko-kuryer tutuldu
12:12 18 May 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat keçirilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, polis əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında Zığ yolu 38 ünvanına basqın edib. Axtarış zamanı evdə olan 1990-cı il təvəllüdlü Babayeva Malvina Etibar qızının üzərindən 18 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb.

Məlum olub ki, M.Babayeva Hövsan qəsəbə sakinidir. O, 2014-cü ildə oğurluq və narkotik vasitə istifadə etdiyi üçün də saxlanılıb.
 
Bildirilir ki, M.Babayeva narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak edir.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/546010.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR