Play Store

"Neftçi"də ukraynalı məşqçi

"Neftçi"də ukraynalı məşqçi
12:17 18 May 2017
91 İdman
Ölkə mətbuatı
A- A+

Yaxın günlərdə "Neftçi"də yeni məşqçi peyda olacaq.

Milli.Az-ın futbolinfo.az saytına istinadən məlumatına görə, baş məşqçi Elxan Abdullayev köməkçisini Ukraynadan gətirəcək.

İqor Getman Aleksandr Deriberinlə vidalaşan bakılılar onlardan hələlik yalnız birinciyə əvəzləyici tapıb. "Bakı"dakı işindən tanıdığımız Novruz Əzimov vaxtilə futbolçu kimi xidmət etdiyi "ağ-qaralar"da işləyəcək. Elxan bəyin özünün dəvət edib, qovdurduğu Deriberini isə əcnəbi əvəzləyəcək.
 
Abdullayev məşqçilər korpusunu tanıdığı, inandığı insanlardan qurmaq istəyir. Buna görə də o, ukraynalı Andrey Kuptsova dəvət göndərib. 2002-ci ildən məşqçi karyerası olan, "Krivbass", "Aleksandriya" və "Karpatı" klublarının əsas və əvəzedici komandalarında çalışan Andrey ölkəmizdə də görünüb. Son iş yeri "Aleksandriya"nın əvəzediciləri olan Kuptsov 2007-2009-cu illərdə Bakı "İnter"ində çalışıb. Elxan Abdullayevlə birgə Valentin Xodukinin köməkçisi olan ukraynalı sonradan vətəninə qayıtmışdı.
 
O vaxtdan Elxan bəylə münasibətləri davam edən Andrey indi həmkarından yardımçısı olmaq təklifi alıb. Tezliklə o, Bakıya gəlib, rəsmi müqaviləyə imza atacaq. 46 yaşlı sabiq yarımmüdafiəçinin karyerası boyunca ortabab Ukrayna komandalarında oynadığını da xatırladaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/545998.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR