Avropa Parlamentinin deputatları Azərbaycana səfər edəcək

Avropa Parlamentinin deputatları Azərbaycana səfər edəcək
12:22 18 May 2017
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ Avpora Parlamentinin Xarici İşlər Komitəsinin üzvləri mayın 22-25-də Cənubi Qafqaz regionuna səfər edəcəklər. 
Aİ-nin Azərbaycandakı nümayəndəliyindən "Report"a verilən məlumata görə, David MakAllisterin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 22-də Azərbaycanda olacaq, hakimiyyət dairələri, o cümlədən Prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov və parlament üzvləri, eləcə də vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşəcəklər. 
Avropa Parlamentinin 8 üzvü Aİ ilə Ermənistan arasında yeni sazişə dair əldə edilmiş razılığı, Aİ ilə Azərbaycan arasında yeni saziş ətrafında aparılan danışıqların gedişatını, Aİ ilə Gürcüstan arasındakı münasibətlərin dərinləşməsi məsələsini nəzərdən keçirəcək.
D.MakAllister deyib ki, bu region Avropa İttifaqı üçün böyük əhəmiyyət kəsb edib, "Şərq Tərəfdaşlığı" siyasətinin əsas tərəf müqabilidir: "Əsasən sülh, təhlükəsizlik və ticarətin təşviq olunması baxımından bir çox birgə maraqlarımız vardır. Xüsusilə demokratiya, qanunun aliliyi, yaxşı idarəetmə, insan hüquqları və fundamental hüquqlar kimi dəyərlərimizi qorumalıyıq, çünki əməkdaşlığımızı daha da dərinləşdirməyə çalışırıq". 

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/avropa-parlamentinin-deputatlari-azerbaycana-sefer-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR