XİN: Bu ölkəni tərk edin

XİN: Bu ölkəni tərk edin
02:16 8 Yanvar 2015
122 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Xarici İşlər Nazirliyi öz ölkəsinin vətəndaşlarına sürətlə Liviyanı tərk etmələri tapşırığını verib. ANS PRESS-in məlumatına görə, nazirlik hər hansı bir zərurəti olmayanların bu ölkəni tərk etməsini və məcburiyyət olmadıqca bu ölkəyə səyahət etməməyi məsləhət görüb.

“Son həftələrdə Liviyada baş verən insidentlər və meydana gələn hava hücumlarına görə təhlükəsizlik vəziyyətində yaranan istiqrarsızlıq və xoşagəlməz hadisələr səbəbindən hələ də Liviyada qalmış vətəndaşlarımıza sürətlə bu ölkəni tərk etmələrini bir daha məsləhət görürük” – deyə nazirliyin xəbərdarlığında bildirilir.

Xəbərdarlıqda həmçinin Türkiyə vətəndaşlarına Liviyadakı səfirliyin anons və xəbərdarlıqlarını təqib etmələri məsləhət görülüb və hər hansı bir fövqəladə vəziyyətdə müraciət etmələri üçün səfirliyin 24 saat açıq olan qaynar xəttinin nömrəsi verilib.

Xatırladaq ki, Türkiyə Xarici İşlər Nazirlioyinin daha əvvəl də bu istiqamətdə xəbərdarlığı olmuşdu.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR