Play Store

Bakı-2017: Qadın basketbolçularımız hər iki oyunu qalib başa vurdular

Bakı-2017: Qadın basketbolçularımız hər iki oyunu qalib başa vurdular
13:01 18 May 2017
40 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 3X3 basketbol yarışına start verilib.

Trend-in məlumatına görə, ilk oyun günündə qadın basketbolçulardan ibarət millimiz Türkmənistanla qarşılaşıb. İdmançılarımız daha üstün oyun nümayiş etdiriblər - 16:7.

Yığmamız ikinci oyunda isə Əlcəzair komandasına qalib gəlib - 20:14.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2756225.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR