Kəmaləddin Heydərov Rene Van der Lindenlə görüşdü

Kəmaləddin Heydərov Rene Van der Lindenlə görüşdü
13:13 18 May 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovmayın 18-də Niderland Krallığı Senatının sabiq sədri, Azərbaycanın Niderlandlı Dostları Qrupunun rəhbəri Rene Van der Lindenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

FHN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, həmçinin, su ehtiyatlarının idarə olunması sahəsində görülən işlər barədə ətraflı məlumat verib, Niderland Krallığının müvafiq strukturları ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

2014-cü ilin noyabrında imzalanmış “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Niderland Krallığının İnfrastruktur və Ətraf Mühit Nazirliyi arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” qarşılıqlı faydalı əməkdaşlığın inkişafında mühüm addım olub. Hazırda su ehtiyatlarının səmərəli idarə olunması üzrə bir çox işlər başa çatmış, birgə layihə çərçivəsində səylər davam etdirilir.

Rene Van der Linden bildirib ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə Niderland Krallığının uyğun qurumları arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha inkişaf etdirilməsi üçün geniş perspektivlər mövcuddur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/resmixronika/199264.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR