Bakıda marketdən oğurluq edən və polis əməkdaşlarına bıçaqla müqavimət göstərən şəxs saxlanılıb

Bakıda marketdən oğurluq edən və polis əməkdaşlarına bıçaqla müqavimət göstərən şəxs saxlanılıb
13:17 18 May 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ Bakıda marketdən oğurluq edən və polis əməkdaşlarına bıçaqla müqavimət göstərən əvvəllər məhkum olunmuş şəxs saxlanılıb.  
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, mayın 17-də Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları polis serjantları Ramin Qədimov və Rüstəm Məhərrəmov paytaxtın Yasamal rayonu ərazisində yerləşən xarici dövlətlərdən birinin səfirliyində xidmətdə olublar. 
Səhər saat 11 radələrində Hüseyn Cavid prospektindəki “Favorit” supermarketdən bir nəfərin çıxıb qaçmağa üz tutduğu polislərin nəzərindən qaçmayıb. Onun arxasınca çıxan supermarketin işçiləri “oğrunu saxlayın” deyə kömək istəyiblər. Polis əməkdaşları onu saxlamaq istəyəndə həmin şəxs bu təqibdən yaxa qurtara bilməyəcəyini görüb durub, tez cibindən bıçaq çıxarıb müqavimət göstərməyə çalışıb.
Polislər dərhal onu silahsız özünümüdafiə fəndi ilə tərksilah edərək zərərsizləşdirib, bıçaqla birlikdə Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə təhvil veriblər.
Polis Bölməsində aparılan araşdırma zamanı hadisəni törədən şəxsin Şabran rayon sakini Ramin Paşayev olduğu, həmçinin onun əvvəllər narkotik vasitələrin satışı və soyğunçuluq maddələri ilə iki dəfə məhkumluq həyatı yaşaması da müəyyən edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-marketden-ogurluq-eden-ve-polis-emekdaslarina-bicaqla-muqavimet-gosteren-sexs-saxlaanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR