İranlı rejissora Kann festivalında "Oskar" mükafatı təqdim edilib

İranlı rejissora Kann festivalında "Oskar" mükafatı təqdim edilib
13:47 18 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ İranlı rejissor Əsgər Fərhadiyə Kann festivalında "Oskar" mükafatı təqdim edilib.
"Report" xəbər verir ki, bu barədə "Entertainment Weekly" telekanalı məlumat yayıb.
Belə ki, 2017-ci ilin fevral ayında Ə.Fərhadinin "Kommivoyajor" filmi "Xarici dildə ən yaxşı film" kateqoriyasında "Oskar" qazanıb. Amma ABŞ prezidenti Donald Trampın İran vətəndaşlarının ölkəyə girişinə qadağayla bağlı fərmanı səbəbindən Hollivuddakı mərasimə gedə bilməyib.
Nəticədə Amerika Kinematoqrafiya Sənət və Elm Akademiyasının nümayəndəsi Meredit Şi Kann festivalına gələrək mükafatı Ə.Fərhadiyə, eləcə də prodüsser Aleksandr Malle-Qaya təqdim edib.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/i-ranli-rejissora-kann-festivalinda-oskar-mukafati-teqdim-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR