Qrizmann: ""Yuventus" Çempionlar Liqasının qalibi olacaq"

Qrizmann: ""Yuventus" Çempionlar Liqasının qalibi olacaq"
14:17 18 May 2017
73 İdman
Ölkə mətbuatı
A- A+

"Atletiko Madrid"in hücumçusu Antuan Qrizmann Çempionlar Liqasında "Yuventus"un qalib gələcəyini proqnozlaşdırır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı forvard komandasının cari mövsümdə qənaətbəxş çıxış etdiyini də vurğulayıb:

""Yuventus" Çempionlar Liqasının qalibi olacaq. Buffon isə "Qızıl top"u qazanacaq. Finalda uduzmaq yarımfinalda məğlubiyyətdən daha ağrılıdır. Xəyalında kuboku başın üzərinə necə qaldıracağını düşünürsən. Amma sonra məğlubiyyətlə barışmalı olursan. Bu mövsüm "Atletiko"nun çıxışına qalanda, biz mükafat qazana bilmədik. Məqsədimiz bu idi. Çempionlar liqasına vəsiqəni təmin etdik. Bu yaxşı nəticədir. Amma Çempionlar Liqasının yarımfinalında mübarizəni dayandırdıq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/546033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR