Play Store

İslamiada: Millimiz finalda!

İslamiada: Millimiz finalda!
14:27 18 May 2017
64 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarının yarımfinal oyunları keçirilir. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, U-23 millimiz də final uğrunda mübarizə apardı.

A qrupunda mübarizəyə başlayan Yaşar Vahabzadənin yetirmələri keçirdiyi ilk oyunda Kamerunla qolsuz bərabərliyə razılaşıb. İkinci matçında Səudiyyə Ərəbistanının qapısından iki cavabsız qol keçirən yığmamız qrupdakı sonuncu qarşılaşmasında Mərakeşin müqavimətini qıra bilməyib.
 
Beləliklə, komandamız topladığı 5 xalla qrup ikincisi kimi yüksəldiyi yarımfinalda Əlcəzair yığması ilə üz-üzə gəldi.
 
Rəqibimiz isə B qrupunu lider kimi başa vurdu. 3 oyunda iki qələbə qazanıb bir dəfə də heç-heçəyə razılaşan şimali afrikalılar məğlubiyyət üzü görməmişdi.
 
Digər yarımfinal oyununda isə qrupumuzun lideri Kamerun yığması ilə B qrupunun ikincisi Oman üz-üzə gələcək.
 
İslam Həmrəylik Oyunları
Futbol
Yarımfinal
 
Əlcəzair - Azərbaycan - 0:2
Qollar: Ruslan Abışov, 39; Məqsəd İsayev, 58
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 5. Sadiq Quliyev, 6. Rəşad Sadiqov, 7. Coşqun Diniyev, 8. Elşən Abdullayev, 9. Ağabala Ramazanov, 11. Mahir Mədətov, 15. Ruslan Abışov (k), 19 Məqsəd İsayev, 20. Azər Salahlı, 21. Vüqar Mustafayev
Ehtiyat oyunçular: 12. Tərlan Əhmədli, 22. Emil Balayev, 2. Rahil Məmmədov, 3. Azad Kərimov, 4. Adil Nağıyev, 16. Elvin Camalov, 10. Orxan Əliyev, 13. Elnur Cəfərov, 14. Yusif Nəbiyev, 17. Mirabdulla Abbasov, 18. Tellur Mütəllimov, 23. Fəhmin Muradbəyli
Baş məşqçi: Yaşar Vahabzadə 
"Dalğa Arena"
 
18:30. Kamerun - Oman

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/546072.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR