Əməkdar artist: "Boşandığım arvadım ikinci həyat yoldaşımla rəfiqədir"

Əməkdar artist: "Boşandığım arvadım ikinci həyat yoldaşımla rəfiqədir"
15:09 18 May 2017
105 Digər
Ölkə mətbuatı
A- A+

 

Azərbaycan Dövlət Kukla teatrının aktyoru, əməkdar artist Rəhman Rəhmanov şəxsi həyatından danışıb. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan aktyor bildirib ki, ilk evliliyi uğursuz olub: “İki dəfə ailə qurmuşam. İkinci həyat yoldaşımla 25 ildir ki, bir yerdəyik. Ölənə qədər də bir yerdə olacağıq. İlk həyat yoldaşımla da münasibətim normaldır. Niyə pis olmalıdır ki? İlk həyat yoldaşımla ikinci xanımımın da münasibəti normaldır, rəfiqəlik edirlər”.

 

Əməkdar artist bildirib ki, sənətlə ailəni bir arada saxlamaq çətin olub: “Əvvəllər sənətlə ailəni bir arada davam etdirmək mənim üçün çətin idi. Bu çətinliklər uşaqlar kiçik olanda daha çox bilinirdi. İndi heç bir çətinliyim yoxdur. Ailədə mənim sözüm keçir. Evdəkilər də sağ olsunlar ki, sözümü eşidirlər. Buna görə də Allaha şükür edirəm”.

 

Qeyd edək ki, “Show time” verilişi həftənin çərşənbə axşamı saat 15:10-da “APA TV”-də Yalçın Uğurun təqdimatında yayımlanır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274877

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR