Play Store

​Bakıda 1000-ə yaxın sürücü cərimələndi

Bakıda keçirilən IV İslam Həmrəylik Oyunları ilə bağlı salınan xüsusi zolaqlara daxil olduqları üçün inzibati məsuliyyətə cəlb edilən sürücülərin sayı açıqlanıb.

Bu barədə Metbuat.az-a açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, bu günə qədər "sarı zolaq"ara daxil olaraq qayda pozan 978 sürücü barədə elektron protokol hazırlanıb:

“Ayın 25-nə qədər "sarı zolaq"a daxil olmaq inzibati xəta tərkibi yaradır. Hazırda isə vəziyyət qənaətbəxşdir. Nizam-intizam yüksəkdir. Doğrusu, "sarı zolaq"la hərəkət edənlər çox azdır. Hər halda, 1000-ə yaxın protokolun tərtib edilməsi artıq həmin zolağa girənlərin sayını azaldıb”.

Qeyd edək ki, Nazirlər Kabineti Bakıda xüsusi hərəkət zolaqlarından istifadə ilə bağlı sərəncam verib. Sərəncama əsasən, Bakıda keçiriləcək IV İslam Oyunları ilə bağlı xüsusi hərəkət zolaqlarından mayın 5-dən 25-dək istifadə olunacaq.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR