Play Store

Bakıda Azərbaycan-Rumıniya Təhsil Forumu keçiriləcək

Bakıda Azərbaycan-Rumıniya Təhsil Forumu keçiriləcək
15:32 18 May 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ Bakıda mayın 24-də ilk Azərbaycan-Rumıniya Təhsil Forumu keçiriləcək.
Rumıniyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, forum Rumıniya və Azərbaycanın Təhsil nazirliklərinin himayəsi altında keçiriləcək.
Rumıniyanın nümayəndə heyətinə təhsil nazirinin müavini Qiqel Paraskiv başçılıq edəcək. Nümayəndə heyətinə Buxarest, Kluj, Yaşi, Timişoara və Ploeştinin ən nüfuzlu 10 ali təhsil müəssisəsinin rektorları və vitse-rektorları daxil olacaq.
Tədbirin əsas məqsədi azərbaycanlı tələbələri Rumıniyada təhsil imkanları ilə tanış etməkdir.
Forum zamanı Azərbaycan və Rumıniya universitetləri arasında bir sıra sazişlərin imzalanması gözlənilir.

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/bakida-ilk-azerbaycan-ruminiya-tehsil-forumu-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR