Play Store

“OLED” ekranlı ilk “LG” smartfonu buraxılacaq

“OLED” ekranlı ilk “LG” smartfonu buraxılacaq
15:35 18 May 2017
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyanın “LG” şirkəti 2017-ci ilin ikinci yarısında “LCD” displeylərdən “OLED” ekranlara keçmək niyyətindədir. Sentyabrda buraxılacaq yeni “V30” smartfonu şirkətin istehsal xəttində ən böyük ekranla təchiz ediləcək. Qabaqcıl “G7” smartfon modelinin isə 2018-ci ildə təqdim olunması nəzərdə tutulur.

“ICTnews” Elektron Xəbər Xidməti “theRunet” resursuna istinadən yazır ki, etibarlı məlumatlı mənbə “The Korea Herald” nəşrinə bildirib ki, ikinci rübdə “LG Display” şirkətinin “Gumi E5” zavodunun istehsal edəcəyi “OLED” ekranların əksər hissəsi “LG Electronics” şirkətinin smartfonları üçün nəzərdə tutulacaq və bu ekrana malik ilk belə model “V30” olacaq. Şirkət ekranların istehsalına iyulda başlamağı planlaşdırır.
Bu il, həmçinin “Apple” şirkətinin “Samsung” şirkətinin istehsalı olan “OLED” ekranla təchiz edilən ilk “iPhone” smartfon modelini buraxacağı gözlənilir.

Qeyd edək ki, “Organic Light Emitting Diode” (OLED) üzvi işıq diod texnologiyalı panellər ənənəvi maye-kristal (LCD) ekranlarla müqayisədə bir sıra üstünlüklərə malikdir. Belə ki, üzvi işıq diodlar işığı müstəqil şəkildə şüalandırır və bununla onun işıqlandırılmasına ehtiyac qalmır. “OLED” displeylər çox nazik olması, çağırışa qısa vaxt kəsiyində cavab verməsi və istehsalının maya dəyərinin yüksək olması ilə xarakterizə olunur.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-47880-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR