"Azərbaycandan belə oyun gözləmirdik" - Əlcəzairin çalışdırıcısı

"Azərbaycandan belə oyun gözləmirdik"  - Əlcəzairin çalışdırıcısı
15:37 18 May 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

“Azərbaycan yığmasının oyununu yaxşı təhlil edə bilməmişdik. Yarışın təqvimi sıx idi”. Bu sözləri 23 yaşadək futbolçulardan ibarət Əlcəzair yığmasının baş məşqçisi Amer Şafik deyib. 


İslamiadanın yarımfinalında millimizdən alınan 0:2 hesablı yenilgiyə şərh verən mütəxəssis hakimlərdən şikayətlənməyi də unutmayıb: "Açığı, Azərbaycan millisindən belə oyun gözləmirdik. Amma hakimlər ədalətli deyildi. Yan xətt hakimləri oyundankənar vəziyyətlər və sarı vərəqələrlə bağlı səhvlərə yol verdi. Buna görə texniki zonada bir qədər emosianal görünürdük. Yarışa oyun təcrübəsi qazanmaq üçün gəlmişdik. Bizdə 20 yaşadək futbolçular oynayırsa, Azərbaycan yığmasında isə 23 yaşadək futbolçular top qovur. Rəqibin hakimlərin köməyinə ehtiyacı yox idi".

Şafik Əlcəzairli futbolçuların paltardəyişmə otağının qapısını qırmasına, millimizin formasının yerə atılmasına da münasibət bildirib: "Görməmişəm. Baş verənlər təsdiqin tapsa, şübhəsiz, ölçü götürüləcək".

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotazrbaycandan-bel-oyun-gozlmirdikquot-t58171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR