Ailəyə yük olmaq istəməyən ata evdən qaçdı (VİDEO)

Ailəyə yük olmaq istəməyən ata evdən qaçdı (VİDEO)
02:46 8 Yanvar 2015
148 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda 62 yaşlı kişi düşdüyü çətin vəziyyətdən çıxmağın özünəməxsus həll yollunu tapıb. Çətin vəziyyət isə, işsiz qalan ağsaqqalın həyat yoldaşı və uşaqlarının pulu ilə yaşamağı kişiliyinə sığışdırmaması olub.

Paytaxdın köhnə avtovaqzal kimi tanınan ərazisindən keçən ANS əməkdaşları yol kənarında dayanaraq sürücülərindən pul dilənən yaşlı bir kişi görüb. Bir müddət ağsaqqalı izləyən ANS əməkdaşları daha sonra ona yaxınlaşıblar.

Başqa dilənçilərdən fərqli olaraq ağsaqqal jurnalistləri görüb qaçmayıb və hətta sevinib. Bu vəziyyətə necə düşdüyünü danışmağa başlaması isə təəccüb doğurub. Əslən Saatlı rayonunun Çolpu kəndindən olan Varis kişi evdən qaçdığını deyir.

"Evdən qaçmışam. Səbəb də işsiz qalmağımdır. Çünki mən işləmirəm, evə də bir kişi kimi pul gətirə bilmirəm. 6 övladım var, hamısı da evlidir. Yoldşım və övladlarım mənə kömək edirdi. Mən isə buna dözə bilmədim. Özümü aciz saydığım üçün baş götürüb evdən qaçdım. Axı həmişə mən qazanmışam onlar yeyib. Uşaqlarımın hamısı mənə baxır. Arvad da baxır. Gördüm daha bu kişilikdən deyil. 4 aydır çıxmışam evdən. Dedim gedib küçədə öləcəm, amma sizdən heç nə istəmiyəcəm. İnfarkt keçirmişəm. Yaşım da 62 dir. Ürək çatışmazlığından əziyyət çəkirəm".

Bir istəyi də onu rahat buraxmır. Ağsaqqalın sözlərinə görə, təqaüd ayrılarsa, o da gedib öz puluna ailəsinə yük olmadan yaşaya bilər. Ona kömək edən olmasa isə burada qalıb soyuqdan ölməkdə qərarlıdır.

Ümüd edirk ki, Varis kişinin bu halına yananlar tapılar və onun istəyinə çatmağa kömək edərlər. O, da öz evinə arzusuna uyğun olaraq bir kişi kimi alnı açıq qayıdar.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=318330

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR