Abşeron rayonundakı avtomobil yollarından birində nəqliyyatın hərəkəti üçün məhdudlaşdırılır

Abşeron rayonundakı avtomobil yollarından birində nəqliyyatın hərəkəti üçün məhdudlaşdırılır
15:57 18 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun Zabrat-Kürdəxanı yolu ilə Məmmədli qəsəbəsi arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə "Report" "Azəravtoyol” ASC-yə istinadən xəbər verir.
Məlumata görə, məhdudlaşdırma yolun 2 km-lik sahəsini əhatə edir və işlər bitənə qədər qüvvədə saxlanılacaq. Növbəti mərhələdə sözügedən avtomobil yolunun Məmmədli və Digah qəsəbələri arasında yerləşən hissəsində işlər davam etdiriləcək. 
Sürücülərdən qəsəbədaxili digər alternativ yolardan istifadə etmələri tövsiyyə olunur.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/abseron-rayonundaki-avtomobil-yollarindan-birinde-neqliyyatin-hereketi-ucun-mehdudlasdirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR