Play Store

Bu yolda hərəkət məhdudlaşdırılır

Bu yolda hərəkət məhdudlaşdırılır
16:03 18 May 2017
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq sabah səhər saatlarından Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun Zabrat-Kürdəxanı yolu ilə Məmmədli qəsəbəsi arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır.

“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, məhdudlaşdırma təqribən yolun 2 km-lik sahəsini əhatə edir və işlər bitənədək qüvvədə saxlanılacaq.

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun Zabrat-Kürdəxanı yolu ilə Məmmədli qəsəbəsi arasında yerləşən hissəsində aparılan təmir-tikinti işlərinin qısa müddətə aparılaraq yekunlaşdırılması planlaşdırılır.

Növbəti mərhələdə sözügedən avtomobil yolunun Məmmədli və Digah qəsəbələri arasında yerləşən hissəsində işlər davam etdiriləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/neqliyyat/199287.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Xəta (#32)

Aktual mövzular: Dollar alış-satışı , Qarabağ, Hava, Məzənnə

Xəta (#32)

Daxili server xətası meydana gəldi.

Server sorğunu icra edərkən yuxarıdakı səhvlə qarşılaşdı.

Əgər fikirləşirsizsə bu serverlə bağlı səhvdir,zəhmət olmasa bizimlə əlaqə saxlayın.