Futbol üzrə Azərbaycan yığması finalda

Azərbaycanın futbol yığması Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bu gün yarımfinalda Əlcəzair komandası ilə qarşılaşıb.

Metbuat.az xəbər verir ki, oyuna millimiz fəal başlayıb. 39-cu dəqiqədə Ruslan Abışov . 58-ci dəqiqədə isə Məqsəd İsayevin vurduğu qollar həlledici olub. Oyun komandamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, millimizin finaldakı rəqibi Kamerun - Oman cütlüyünün qalibi olacaq.

Sərdar Məmmədov / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR