Çingiz Hüseynzadə: İdmançılarımızın uğuru Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq

Çingiz Hüseynzadə: İdmançılarımızın uğuru Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaq
16:29 18 May 2017
53 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın uğuru Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazılacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib. O, qeyd edib ki, yarışlarda əhalisinin sayı Azərbaycandan çox olan ölkələr təmsil edilirlər: "Ancaq Azərbaycan uğurlarına görə siyahıda öndədir. Bu amil, eləcə də IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın böyük idman ölkəsi olduğunu bir daha sübut edir”.

MOK-un vitse-prezidenti qeyd edib ki, mayın 17-də Azərbaycan idmançıları 9 qızıl medal qazanmaqla ümumi qızıl medalların sayını 50-yə çatdırıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2756343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR