Alimlər: Çimərlik istirahəti vaxtından əvvəl ölümə səbəb ola bilər

Alimlər: Çimərlik istirahəti vaxtından əvvəl ölümə səbəb ola bilər
16:42 18 May 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ "Çimərlik istirahəti sağlamlıq üçün zərərlidir və hətta vaxtından əvvəl ölümə səbəb ola bilər."
"Report" "Daily Star"a istinadən xəbər verir ki, belə nəticəyə Liverpul Universitetinin alimləri gəliblər.
Den Katbertsonun rəhbərlik etdiyi qrup orta yaş həddi 25 olan 28 sağlam, fiziki fəal insan üzərində sahildə iki həftəlik məzuniyyətin təsirini araşdırıb. Tədqiqata cəlb olunanların hamısı onların fiziki fəaliyyətini ölçən xüsusi qurğular daşıyıb.
Araşdırmanın sonunda alimlər həmin izlənilən şəxslərin əzələ kütləsini itirdiyini və xüsusən qarın hissədə piy qatının artdığını müşahidə ediblər.
"Belə dəyişikliklər maddələr mübadiləsi və vaxtından əvvəl ölüm kimi xroniki xəstəliklərə gətirib çıxara bilər", - D.Katbertson bildirib.
Onun sözlərinə görə, tədqiqatın nəticələri fiziki aktivliyin əhəmiyyətini göstərir.

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/alimler-cimerlik-istiraheti-vaxtindan-evvel-olume-sebeb-ola-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR