Play Store

Hadi Rəcəbli: Azərbaycan artıq dünyada beynəlxalq tədbirlər keçirən ölkə kimi tanınır

Hadi Rəcəbli: Azərbaycan artıq dünyada beynəlxalq tədbirlər keçirən ölkə kimi tanınır
16:43 18 May 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını keçirməklə dünyaya daha bir mesaj göndərdi.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İslamiadanın azərbaycanlı qaliblərinin mükafatlandırma mərasimində iştirak edən millət vəkili Hadi Rəcəbli deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan bir daha sübut etdi ki, sülhsevər, idmansevər və əminaman dövlətdir: "Azərbaycan sübut etdi ki, həmrəylik sevən, qonaqpərvər dövlətdir. Bu il Azərbaycanda "Həmrəylik ili" elan olunub. Azərbaycan artıq dünyada beynəlxalq tədbirlər keçirən ölkə kimi tanınır".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2756349.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR