Play Store

Ermənistan parlamentinə yeni sədr seçilib

Ermənistan parlamentinə yeni sədr seçilib
16:47 18 May 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ Ara Babloyan Ermənistan parlamentinin yeni sədri seçilib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, mayın 18-də yeni parlamentin ilk iclası keçirilib və toplantıda qanunverici orqanın rəhbərliyi formalaşdırılıb. 
İnformasiyaya əsasən, Eduard Şarmazanov və keçmiş ədliyyə naziri Aspine Ovannisyan isə parlament sədirinin müavinləri seçiliblər. 
Qeyd edək ki, Ara Babloyan hakim Respublikaçılar Partiyasından deputat seçilib. O, 1947-ci il mayın 7-də Yerevanda doğulub. İxtisasca həkimdir. Əvvəlki parlamentin səhiyyə, doğuş və uşaqlarla bağlı komissiyasının sədri olub.
Xatırladaq ki, parlamentin əvvəlki Qalust Saakyan idi.

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistan-parlamentinin-yeni-sedri-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR