Bu il "Azneft" üzrə 1,7 mlrd. kubmetr qaz hasil edilib

Bu il "Azneft" üzrə 1,7 mlrd. kubmetr qaz hasil edilib
16:47 18 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi 2017-ci ilin yanvar-aprel ayları üçün qarşıya qoyulmuş neft və qaz hasilatı planını yerinə yetirib.
“Azneft”dən “Report”a verilən məlumata görə, Birliyin həyata keçirdiyi texniki-geoloji tədbirlər nəticəsində istismar olunan quyulardan əlavə neft-qaz çıxarılıb.
2017-ci ilin dörd ayı ərzində “Azneft” İB üzrə 2 039,9 min ton neft hasil edilib. Cari ilin ötən dörd ayı ərzində 1 693 136 min kubmetr qaz hasil edilib.
Yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi ötən dörd ay da uğurla davam etdirilib. Belə ki, ötən dörd ay ərzində “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında 19 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 10 573 ton əlavə neft hasil edilib.
Məlumata görə, ötən dörd ayda fəaliyyətsiz quyu fondundan 19 quyu planlaşdırıldığı halda, faktiki olaraq 39 quyu istismara qaytarılıb. “Bu quyulardan 10 385 ton neft alınıb. Bu nailiyyətlərin əldə olunmasında mühüm amillərdən biri də fəaliyyətdə olan işlək quyu fondundan optimal rejimləri seçməklə istifadə edilməsi və səmərəli texniki-geoloji tədbirlərin aparılması olub. Belə ki, cari ilin əvvəlindən 209 geoloji tədbir keçirilib, nəticədə 44 900 ton neft hasil edilib ki, bu da plana qarşı 42 tədbir çox və 17 770 ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə, 13 274 ton plana qarşı 17 225 ton neft hasil edillib”, - deyə məlumatda qeyd olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/dord-ayda-azneft-uzre-1-7-mlrd-kubmetr-qaz-hasil-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR