Gənc Tamaşaçılar Teatrı “Sərgüzəşti Vəziri Xani Lənkəran” tamaşası bölgələrə qastrol səfərinə çıxır

Gənc Tamaşaçılar Teatrı “Sərgüzəşti Vəziri Xani Lənkəran” tamaşası bölgələrə qastrol səfərinə çıxır
17:07 18 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti iyun ayında bölgələrə qastrol səfəri edəcək.
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, teatrın yaradıcı heyəti Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti Vəziri Xani Lənkəran” əsəri əsasında hazırlanan eyniadlı tamaşa ilə Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarında çıxış edəcək.
Tamaşanın quruluşçu rejissoru xalq artisti, şöhrət ordenli Cənnət Səlimova, əsas obrazların ifaçıları əməkdar artistlər Gülər Nəbiyeva, Leyli Vəliyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Şəbnəm Hüseynova, Zülfiyyə Alhüseynova, Aydın Dəmirov, Kərəm Hadı-zadə, Ramil Məmmədov, Elnur Hüseynov, İradə Rəşidova və başqalarıdır.
Hər il ənənəvi olaraq mövsümün sonunda həyata keçirilən qastrol səfəri bu il iyun ayının 12-dən – 16-dək baş tutacaq və tamaşamız adıçəkilən rayonların ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə nümayiş etdiriləcək.
Qastrol səfərinin həyata keçirilməsində əsas məqsəd “Azərbaycan teatrının inkişaf etdirilməsinə dair” Dövlət Proqramının müvafiq bəndinə uyğun olaraq bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və yeniyetmələrin mənəvi estetik tərbiyəsinin formalaşdırılması və teatr sənətinin inkişafını sürətləndirməkdir.




Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/genc-tamasacilar-teatri-serguzesti-veziri-xani-lenkeran-tamasasi-bolgelere-qastrol-seferine-cixir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR