Bu məktəblərdə müəllimlər işə imtahansız qəbul ediləcək - SİYAHI

Bu məktəblərdə müəllimlər işə imtahansız qəbul ediləcək - SİYAHI
17:14 18 May 2017
198 Digər
Ölkə mətbuatı
A- A+

 

2017-2018-ci tədris ilində vakant yerlərə müsabiqədənkənar qaydada müəllimləri işə qəbul etmək hüququ olan ümumi təhsil müəssisələrinin siyahısı açıqlanıb.

 

 

Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, siyahıda 10 təhsil müəssisəsi yer alıb. Buraya Bülbül adına orta ixtisas musiqi məktəbi, Bakı Avropa Liseyi, İ.Əfəndiyev adına Elitar gimnaziya, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, akademik Zərifə Əliyeva adına orta ümumtəhsil Məktəbi, 132-134 nömrəli Təhsil Kompleksi, Fizika-riyaziyyat və İnformatika Təmayüllü Respublika Liseyi, Kimya-biologiya Təmayüllü Respublika Lisey, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyası və T.Həsənov adına 23 nömrəli tam orta məktəb daxildir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274880

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR