Play Store

Dostunun arvadını qaçırdı - "Uşaqlar sizə əmanət" - VİDEO - FOTO

Dostunun arvadını qaçırdı - "Uşaqlar sizə əmanət" - VİDEO - FOTO
17:17 18 May 2017
106 Dünya
Ölkə mətbuatı
A- A+

Adanada özəl bir kollecin şagirdlərini daşıyan mikroavtobus sürücüsünün eyni avtomobildə nəzarətçi olan 3 uşaq anasını qaçırdığı iddia olunub.

Qadının əri Gökhan H. arvadını qaçıranın sıradan bir sürücü olduğunu desə də, həmin şəxsin ailəvi tanışları olduğu məlum olub.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Seyhan mahalı, Mavi Bulvarda meydana gələn hadisədə özəl bir kollecin şagirdləri daşıyan mikroavtobusunda nəzarətçi işləyən 3 uşaq anası Mehtap H. (29) 16 may günü səhər saat 10.00 radələrində "Rəfiqəmlə yeni iş axtarmaq üçün görüşəcəyik", - deyərək evdən çıxıb. Daha sonra qadın yoxa çıxıb. Bundan sonra mağazada çalışan əri Gökhan H. (36) yoldaşının anasına zəng edərək onu soruşub. Anası da qızıyla səhər görüşdüyünü, bir rəfiqəsi ilə iş axtarmağa getdiyini söyləyib. Bundan bir müddət sonra gənc qadının bacısının telefonuna: "Mən Mehmetəm, bacın mənim yanımdadır, uşaqlar sizə əmanət" , - deyə mesaj gəlib. Gökhan H. bu mesajdan sonra polisə gedərək yoldaşının şagirdlərin üzərində nəzarətçi olaraq çalışdığını, Mehmet B. -nin həyat yoldaşını qaçırdığını irəli sürərək müraciət edib. Edilən müraciətdən sonra polislər gənc qadın və şübhəlinin axtarışına başlayıblar. Bir müddət sonra yenidən gəlinin bacısının telefonuna zəng gəlib. Telefonunu açdığında Mehtap H. "Bacı, məni xilas edin", - dedikdən sonra telefon söndürülüb.

Gökhan H. yoldaşının həyatından narahatlığını ifadə edərək "Mənim həyat yoldaşım qaçırıldı, qaçmadı. Bunu da birlikdə çalışdığı və bizimlə ailəvi gediş-gəlişi olan, evli, 3 uşaq atası olan biri etdi. Mən də 3 uşaqla baş-başa qaldım. Uşaqlarım analarını soruşur, cavab verə bilmirəm. Tez bir zamanda yoldaşımın tapılmasını istəyirəm. Bu şəxs yoldaşıma iş tapacağını söyləyərək aldadıb qaçırdı", - deyib.

Polis şübhəlini və qadını tapmaq üçün istintaqa başlayıb.

Məhəmməd Vaqif

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dostunun arvadını qaçırdı -

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/546182.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR