Bakı. Orxan Quluzadə - Trend:
Türkiyə Ermənistandan olan qeyri-leqal miqrantları deportasiya etməlidir.
Trend-in məlumatına görə, bunu Türkiyənin Böyük Birlik Partiyasının rəhbəri Mustafa Dəstici deyib.
Onun sözlərinə görə, Türkiyədə 100 minə yaxın qeyri-leqal erməni miqrant yaşayır: “Ermənistan Azərbaycanın torpaqlarını işğal edib, soyqırımı törədib, daim atəşkəs rejimini pozur. Biz isə Ermənistandan olan qeyri-leqal miqrantları saxlamalıyıq?! Bu qəbulolunmazdır”.
M.Dəstici vurğulayıb ki, Türkiyə hər zaman Azərbaycanın yanında olacaq.