Bakı. 18 may. REPORT.AZ/ Türkiyənin beynəlxalq ehtiyatları (qızıl və valyuta) 6-12 may həftəsində 500 mln. ABŞ dolları və ya 0,47% azalaraq 105 430 mln. dollara düşüb.
"Report" Türkiyə Mərkəzi Bankına (TCMB) istinadən xəbər verir ki, hesabat həftəsində qızıl ehtiyatları 146 mln. dollar və ya 0,82% artaraq 17 968 mln. dollara, valyuta ehtiyatları isə 646 mln. dollar və ya 0,73% azalaraq 87 462 mln. dollara bərabər olub.
Bu ilin yanvarın 1-i ilə müqayisədə qızıl ehtiyatları 27,88% artıb, valyuta ehtiyatları isə 4,99% azalıb. Məcmu ehtiyatlar isə ilin əvvəlinə nisbətən 0,63% azalıb. Xatırladaq ki, ötən həftə Türkiyənin qızıl-valyuta ehtiyatları 3 195 mln. dollar və ya 3,1% artım göstərib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məcmu ehtiyatlar 11,88% azalıb.
Hesabat həftəsində xarici investorlar Türkiyə maliyyə bazarlarında xalis 486,4 mln. dollar həcmində qiymətli kağız alıblar.