Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşü keçirilib

Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşü keçirilib
17:42 18 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunda Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Fonddan “Report”a verilən məlumata görə, görüşdə HSŞ üzrə Komissiyanın Katibliyi tərəfindən Komissiyanın fəaliyyəti, hasilat sənayesində şəffaflıq sahəsindəki yeni mərhələ barədə vətəndaş cəmiyyəti nümayəndələrini daha ətraflı məlumatlandırmaq məqsədi ilə təqdimat olub.
Görüşdə HSŞ üzrə Komissiya və vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən hasilat sənayesində şəffaflığın təmin olunması məqsədi ilə bütün maraqlı tərəflərlə iş birliyinin qurulması, hesabatlılıq proseduru və digər məsələlər müzakirə edilib.  

Xəbərin orijinal ünvanı: https://report.az/senaye/hasilat-senayesinde-seffafliq-uzre-komissiyanin-vetendas-cemiyyeti-numayendeleri-ile-gorusu-keciril

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR