Bütün muzey və mədəniyyət qoruqlarına giriş

Mayın 18-də Azərbaycan Xalça Muzeyində kolleksiyasından “Dekorativ-tətbiqi sənətdə sosialist realizmi” sərgisinin açılış mərasimi keçirilib.

Metbuat.az bildirir ki, Beynəlxalq muzeylər günü ilə əlaqədar təşkil olunan sərgidə muzeyin kolleksiyasından nümunələr yer alıb.

Mərasimi muzeyin direktoru Şirin Məlikova açaraq 18 may - Beynəlxalq muzeylər günü haqqında məlumat verib. Bildiri ki, əlamətdar gün Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Məqsəd muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdən ibarətdir.

Qeyd edək ki, hazırda ölkəmizdə 200-dən çox muzey fəaliyyət göstərir. Beynəlxalq muzeylər günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin tövsiyəsinə əsasən, mayın 18-dən 20-dək ölkənin bütün muzey və mədəniyyət qoruqlarında “Açıq qapı” aksiyası keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR