Play Store

"Caspian Energy Georgia" şirkəti sentyabrdan fəaliyyətə başlayacaq

"Caspian Energy Georgia" şirkəti sentyabrdan fəaliyyətə başlayacaq
17:52 18 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ "Caspian European Club" və "Caspian American Club" Bakıda dördüncü "CEO Lunch" keçirib.
"Report" bu barədə "Caspian European Club" və "Caspian American Club" istinadən xəbər verir.
“Networking”in aparıcı vasitəsi olan CEO Lunch şirkət rəhbərlərinin qeyri-rəsmi şəraitdə ünsiyyətinə imkan yaratmaq və yeni əlaqələr qurmaq məqsədilə təşkil olunur”, - deyə "Caspian European Club" və "Caspian American Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.
Tədbirdə çıxış edən T.Əliyev Gürcüstanda sentyabr ayından Tbilisi və Batumidə biznes-forumlar, "CEO lunch", treninqlər, seminarlar, dəyirmi masalar, illik "Caspian Energy Forum", milli və beynəlxalq mükafatların təqdimetmə mərasimlərinin təşkili ilə məşğul olacaq "Caspian Energy Georgia" şirkətinin fəaliyyətə başlayacağını qeyd edib.
T.Əliyev "Caspian Energy"nin fəaliyyətini təzədən quran və yeniləyən xarici ofislərdə pay iştirakını satışa çıxardığını qeyd edib.
"CEO Lunch" çərçivəsində "Caspian European Club" və "Caspian American Club"un İdarə heyətinin hər bir üzvü Klubun planları və onun gələcək inkişafı üzrə təklifləri haqda danışıb. "Caspian European Club" və "Caspian American Club"da təmsil olunan və öz iştirakını davam etdirən şirkətlərə sertifikatlar təqdim olunub. 














Xəbərin orijinal ünvanı: https://report.az/biznes/sentyabr-ayindan-caspian-energy-georgia-sirketin-fealiyyete-baslayacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR