Türkiyə Mədəniyyət Günləri keçiriləcək

Mayın 19-da, Sabir bağında IV İslam Həmrəylik Oyunları çərçivəsində Milli Turizm Təbliğat Bürosu Misirin Azərbaycandakı səfirliyi ilə birgə bu ölkənin Mədəniyyət gününü keçirəcək.

Metbuat.az bildirir ki, sərgi saat 14.00-da başlayacaq. 19.00-dan etibarən isə konsert proqramı təqdim olunacaq.

Mayın 20-21 tarixlərində isə Sabir bağında Türkiyənin Mədəniyyət günləri keçiriləcək. Tədbirdə Türkiyənin əsasən İstanbul və Bursadan olan 100-ə qədər rəqqası və ifaçısı iştirak edəcək.

Hər iki tədbirdə rəsmi şəxslərin və idmançıların iştirakı nəzərdə tutulur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR