Play Store

Dilarə Əliyeva: "18 yaşımda ərə getmişəm"

Dilarə Əliyeva: "18 yaşımda ərə getmişəm"
18:22 18 May 2017
Ölkə mətbuatı
A- A+

ATV-nin "Bizimləsən" verilişinin növbəti buraxılışı əməkdar artist Dilarə Əliyevaya həsr olunub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa həyat yoldaşı Oktay Əliyevdən danışıb.

O bildirib ki, 18 yaşında ərə gedib:

"Universitetə daxil olandan 1-2 ay sonra ərə getdim. İlk sevgim, qarşıma çıxan ilk bəy Oktay olub. İlk sevgi güllərini də ondan almışam. Mənə tülpan gətirmişdi. Zahirən nəhəng, amma incə qəlbə malik biridir. Oktay teatrda rejissor idi. Məni tamaşaya dəvət etdi. "Ər və arvad" tamaşası ilə ilk dəfə səhnəyə çıxdım. Onu nümayiş etdirdikdən sonra biz evləndik, ər və arvad olduq".

Qayınanası, xalq artisti Elmira İsmayılova gəlinindən söz açıb:
 
"Dilarə mənə gəlin yox, qızdır. Hər zaman arzulayırdım ki, qızım olardı. Qeybdən səs gəldi ki, darıxma, Lətifə (D.Əliyevanın anası - red.) sənin üçün qız böyüdür. 24 ildir bizim evimizdədir, heç dəyişməyib. 18 yaşında necə gəlibsə, indidə elədir. Analar günündə mənə birinci Dilarə zəng vurdu. Mənim iki oğlumin (Elçin Əlibəyli və Oktay Əliyev - red.) heç biri nəsə demədi".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/546198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR