Fransanın keçmiş prezidenti Fransua Olandın böyük qardaşı vəfat edib

Fransanın keçmiş prezidenti Fransua Olandın böyük qardaşı vəfat edib
18:37 18 May 2017
51 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ Fransanın keçmiş prezidenti Fransua Ollandın böyük qardaşı Filipp Olland vəfat edib.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, o, 64 yaşında xəstəxanada dünyasın dəyişib. 
F.Olland bir neçə ay əvvəl xərçəng xəstəliyinə tutulub. O, eksperimentçi cazmen olub, siyasətdən uzaq olub.
Məlumatda bildirilib ki, Filipp Olland Fransanın Kann şəhərində 94 yaşlı atası Jorjla birlikdə yaşayıb. Keçmiş prezidentin qardaşının Fransa sahillərində Lazurda dəfn mərasimi keçiriləcək. 
Qryd edək ki, mayın 16-da Fransua Olland prezident səlahiyyətini başa vurduqdan sonra xəstəxanada qardaşını ziyarət edib. Mayın 14-də onu bu postda Emanuel Makron əvəzləyib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/fransanin-kecmis-prezidenti-fransua-olandin-boyuk-qardasi-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR