Play Store

Qızıl medalçı paraatlet: "Məni dəstəkləyən hər kəsə minnətdaram"

Qızıl medalçı paraatlet: "Məni dəstəkləyən hər kəsə minnətdaram"
18:37 18 May 2017
60 İdman
Ölkə mətbuatı
A- A+

"Avropa Oyunlarında paracüdo idman növü olsa da, paraatletika yox idi. Amma bu dəfə bizə bu fürsət verildi".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bakıda keçirilən Zəfər günləri çərçivəsində IV İslam Həmrəyliyi Oyunlarının paraatletika üzrə bir qızıl və bir bürünc medal qazanmış Uluxan Musayev deyib: "Əslində mən iki qızıl qazanmaq istəyirdim. Amma qismət bu oldu. Məni dəstəkləyən hər kəsə minnətdarlığımı bildirirəm. IV İslam Həmrəyliyi Oyunlarının Bakıda təşkili və bu oyunlarda paraatletikanın iştirakına şərait yaratdığına görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdaram".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/546219.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR