Güləşçimizdən növbəti qızıl

Güləşçimizdən növbəti qızıl
18:42 18 May 2017
30 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın yunan-Roma güləşçisi Kamran Məmmədov (66 kq) IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal uğrunda xalça üzərinə çıxıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, qızıl medal uğrunda mübarizədə idmançımızın rəqibi Qırğızıstan təmsilçisi Janat Kilbayev olub. Güləşçimiz rəqibinə 9:0 hesabı ilə vaxtından əvvəl qalib gələrək yunan-Roma güləşindən ölkəmizə növbəti qızıl medalı qazandırıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/546222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR