Avropa Komissiyası "Facebook"u cərimələdi - Yanlış informasiya yayırmış

Avropa Komissiyası "Facebook"u cərimələdi - Yanlış informasiya yayırmış
18:48 18 May 2017
Ölkə mətbuatı
A- A+

Avropa Komissiyası "Facebook" sosial şəbəkəsini 120 milyon dollar dəyərində cərimələyib.

Komissiya cərimənin səbəbini, "Facebook"un "WhatsApp" xidmətləri ilə bağlı verdiyi yanlış informasiyalarla əsaslandırıb.

Publika.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Avropa Birliyinin komisarı Marqareta Vestaqerin bəyanatında deyilir ki, bu şirkətə Avropa Birliyinin bütün qaydalarını yerinə yetirməli olduğuna dair xəbərdarlıqıdır.

Avropa Birliyi Komissiyası bütün dəqiq faktlar əsasında rəqabət üçün qərar qəbul etməlidir.

Avropa Birliyindən verilən məlumata görə, "WhatsApp" sosial şəbəkəsinin rəsmi satışına 2014-cü ildə icazə verilib.

Avropa Komissiyasının bəyanatına əsasən, "Facebook" istifadəçilərinə eyni anda hər iki şəbəkədə aktiv olmaq üçün etibarlı avtomatlaşdırılmış sistem yarada bilməyəcəyini bildirib.

Lakin 2016-cı ilin avqust ayında "WhatsApp" sosial şəbəkəsi istifadəçilərinə məxfiliyi qorumaq şərtilə nömrə üzərindən "Facebook" hesablarına bağlana bilmə imkanı yaradıb.

Keçən il aparılan tədqiqatlarda məlum olub ki, verilən məlumat yanlışdır. Bu funksiya 2014-cü ildən aktivdir.

Oktyabr ayında "Facebook" şəbəkəsi yerli hakimiyyətin təzyiqi ilə Avropa Birliyində "WhatsApp" istifadəçilərinə dair məlumatların yığılmasını müvəqqəti olaraq dayandırıb.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/199315.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR