XİN-dən açıqlama: "Rusiyanın irad və təklifləri nəzərə alınıb"

XİN-dən açıqlama: "Rusiyanın irad və təklifləri nəzərə alınıb"
19:04 18 May 2017
44 Digər
Ölkə mətbuatı
A- A+

 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın Ümumrusiya Azərbaycan Konqresinin ləğvi ilə əlaqədar şərhinə münasibət bildirib.

 

APA-nın xəbərinə görə, H. Hacıyev deyib ki, Azərbaycan təbii olaraq Rusiya Federasiyasının vətəndaşları olan Ümumrusiya Azərbaycan Konqresinin üzvləri ilə əlaqə saxlayır: "Necə ki, Ermənistan hökuməti təbii olaraq Rusiya Erməni İttifaqının üzvləri ilə təmasdadır. Məndə olan məlumata görə, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən Ümumrusiya Azərbaycan Konqresinin nizamnaməsi ilə əlaqədar irəli sürülən irad və təkliflər nəzərə alınıb. Ümid edirik ki, məsələ üzrə apellyasiya müraciəti müvafiq qaydada baxılacaq və məsələ öz müsbət həllini tapacaq". 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274895

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR