Güləşçimizdən növbəti qızıl medal

Güləşçimizdən növbəti qızıl medal
19:08 18 May 2017
87 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın yunan-Roma güləşçisi Elvin Mürsəliyev (75 kq) IV İslam Həmrəyliyi Oyunlarında final mərhələdə xalça üzərinə çıxıb.

Trend-in məlumatına görə, birincilik uğrunda mübarizədə idmançımız Türkiyə təmsilçisi Bayrak Furkan ilə qarşılaşıb. Güləşçimiz rəqibinə 1:0 hesabı ilə qalib gələrək yunan-Roma güləşindən ölkəmizə üçüncü qızıl medalı qazandırıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2756482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR