Play Store

Elvin Mürsəliyevdən növbəti qızıl medal

Elvin Mürsəliyevdən növbəti qızıl medal
19:32 18 May 2017
45 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycanın yunan-Roma güləşçisi Elvin Mürsəliyev (75 kq) IV İslam Həmrəyliyi Oyunlarında final mərhələdə xalça üzərinə çıxıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, birincilik uğrunda mübarizədə idmançımız Türkiyə təmsilçisi Bayrak Furkan ilə qarşılaşıb. Güləşçimiz rəqibinə 1:0 hesabı ilə qalib gələrək yunan-Roma güləşindən ölkəmizə üçüncü qızıl medalı qazandırıb.

Bu, Azərbaycanın İslamiadada qazandığı 54-cü qızıl medaldır.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/546228.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR