Kamran Məmmədov: "İslamiada karyeramın zirvəsidir"

Kamran Məmmədov: "İslamiada karyeramın zirvəsidir"
19:42 18 May 2017
136 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ "Heç bir rəqib zəif deyil. Zəif hesab etdiyin idmançı elə bir fənd işlədə bilər ki, uduzarsan".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində qızıl medal mükafatçısı Kamran Məmmədov deyib.
Onun sözlərinə görə, əsas rəqibi iranlı idmançı olub: "Əsas hazırlaşdığım iranlı idmançı idi və ona qalib gəldim. Digəri isə türkiyəli idmançı idi. Şans elə gətirdi ki, türkiyəli idmançı zəif hesab etdiyimiz idmançıya uduzdu və mən onunla qarşılaşmadım".
K.Məmmədov bunu karyerasının zirvəsi adlandırıb: "Növbəti hədəf Heydər Əliyev adına Qızıl Qran-pri turniri, sonra isə dünya çempionatıdır". 

Xəbərin orijinal ünvanı: https://report.az/i̇slamiada-2017/i-slamiada-karyeramin-zirvesidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR