Play Store

Yüksək sürətlə hərəkət edən motosiklet məhəccərə çırpıldı, bayker öldü - VİDEO

Yüksək sürətlə hərəkət edən motosiklet məhəccərə çırpıldı, bayker öldü - VİDEO
20:27 18 May 2017
63 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna paytaxtı Kiyevdə motosiklet yol kənarındakı məhəccərlərə dəydikdən sonra iki avtomobilə çırpılıb. Nəticədə bayker hadisə yerindəcə keçinib, motosikletin digər sərnişini isə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib. 

Milli.Az salamnews-a istinadən xəbər verir ki, hadisə mayın 16-da Paton körpüsünün giriş hissəsində baş verib.

Ölümlə nəticələnmiş qəzanın video görüntüsündə baykerin və sərnişinin motosikletdən yıxıldıqları, motosikletin isə hərəkəti davam etdirərək qarşı zolaqda hərəkət edən avtomobillərə çırpıldığı görünür. Motosikletin sərnişini xəstəxanaya yerləşdirilib, 19 yaşlı bayker isə hadisə yerində ölüb.

Yerli KİV-in məlumatına əsasən, gənclər dəbilqəsiz olublar. İlkin məlumata əsasən yol-nəqliyyat hadisəsi sürət həddinin aşılması nəticəsində baş verib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yüksək sürətlə hərəkət edən motosiklet məhəccərə çırpılıb, bayker ölüb

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/546193.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR