Play Store

Azərbaycanda ev alan əcnəbilərin sayı artır - VİDEO

Azərbaycanda ev alan əcnəbilərin sayı artır - VİDEO
21:05 18 May 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Xarici ölkə vətəndaşları ölkəmizin daşınmaz əmlak bazarını canlandırır.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, son dövrlər əcnəbilər, xüsusilə də ərəblər ölkəmizdə əmlak sahibi olmağa maraq göstərirlər.
Əgər əvvəllər belə hadisə nadir hallarda baş verirdisə, artıq bu, adi hala çevrilib. Xarici ölkə vətəndaşları tərəfindən əmlak alma faktları artıq bazardakı ümumi aktivliyin 5-6 faizini təşkil edir. Bu isə mənzil bazarında canlanma yaradan amil kimi dəyərləndirilir.
Daşınmaz əmlak eksperti Ramil Osmanlının sözlərinə görə, əcnəbilər əsasən torpaq sahələri almaq istəsələr də, qanunlar buna icazə vermir. Ona görə də onlar daha çox bağ evlərinə, qeyri-yaşayış sahələrinə və kommersiya məqsədilə istifadə oluna biləcək obyektlərə üstünlük verirlər.
Ramil Osmanlının sözlərinə görə, əgər xarici ölkə vətəndaşlarının burada mənzil almaları kütləvi xarakter daşıyarsa və onlar portfeldə 15-20 faiz paya malik olarlarsa, bu, mənzil bazarında qiymət artımına gətirib çıxaracaq.
Ekspertlərin proqnozlarına görə, qarşıdakı dövrdə daha çox sayda əcnəbinin Azərbaycanda mənzil alması gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/546247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR