Play Store

Sosial xidmətlər: həm pullu, həm də pulsuz olacaq - VİDEO

Sosial xidmətlər: həm pullu, həm də pulsuz olacaq - VİDEO
21:12 18 May 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Sosial xidmət göstərən təşkilatların sayının artırılması gündəmdədir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, bu siyahıya bələdiyyələr, qeyri-hökumət təşkilatları, eyni zamanda Qızıl Aypara Cəmiyyətinin də daxil edilməsi təklifi irəli sürülüb. Bu fikirlər Milli Məclisdə "Sosial xidmət haqqında" qanunun icrası ilə bağlı dinləmələrdə səsləndirilib.
Milli Məclisin şöbə müdiri Adil Vəliyev qanunun əhatə dairəsinin planlaşdırılandan daha çox təbəqəni əhatə etdiyini və nəticədə daha çox insanın sosial xidmətdən istifadəsinə imkan yaratdığını diqqətə çatdırıb.
Dinləmələrdən sonra "Xəzər Xəbər"ə açıqlama verən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov sosial xidmətlərin daha keyfiyyətli olması və geniş yayılması üçün qeyri-hökumət təşkilatlarının bu işdə iştirakının artırılmasını vacib sayıb.
İlqar Rəhimov dinləmələrdə qeyri-hökumət təşkilatlarına sosial sifariş verilərkən qoyulan bir illik müddətin də artırılmasının tərəfdarı olduqlarını və bununla bağlı təklif hazırlandığını diqqətə çatdırıb.
Sosial xidmət çətin həyat şəraitində olan şəxs və ailələrə pulsuz, digər kateqoriyadan olan şəxslərə isə müqavilə əsasında qismən və ya tam ödənişli əsaslarla göstərilir. Qeyd edək ki, valideyn himayəsindən məhrum olan gənclər üçün hazırda növbəti bina tikilir.
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/546252.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR