Qadın oğlan uşağına süd verirsə...

Qadın oğlan uşağına süd verirsə...
21:17 18 May 2017
154 Ölkə
Ölkə mətbuatı
A- A+

İslam şəriətinə görə, məhrəmliyin 3 yolu vardır: nəsəb (anadangəlmə qohumluq) yolu, izdivac (evlənmə) yolu və süd vermə yolu. Əgər bir qadın bir oğlan uşağına şəriətdə nəzərdə tutulmuş şərtlərlə süd versə, bu halda həmin qadının özü, qızları, nəvələri, anası, bacısı, bibisi, xalası o oğlana məhrəm olurlar.

Milli.Az islam.az-a istinadən bildirir ki, həmçinin, süd verərkən ərdə olduğu kişinin də bəzi qadın qohumları oğlana məhrəm olurlar. (Bu kişiyə, yəni süd anasının ərinə süd sahibi deyirlər, çünki qadın onunla izdivacdan övlad sahibi olmuş, ona süd gəlmiş və həmin südlə özgə uşağı da əmizdirmişdir). Bu kişinin anası, bacısı, bibisi və xalası, başqa qadından olan qızları da oğlana məhrəmdir. Amma süd əmən oğlanın öz doğma qardaşları və başqa kişi qohumları süd anasına məhrəm olmazlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/545395.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR