Voleybol yığmamız da ən güclü oldu

Voleybol yığmamız da ən güclü oldu
21:37 18 May 2017
87 İdman
Ölkə mətbuatı
A- A+

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçuların yarışı başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki,  finalda Azərbaycan və Türkiyə komandaları qarşılaşıblar.

İlk setdə qalib gələn idmançılarımız ikinci setdə məğlub olsalar da, növbəti iki setdə türkiyəli rəqiblərinin müqavimətini qıra biliblər - 3:1.

Beləliklə, Azərbaycan İslamiadada 59-cu qızıl medalını qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/546258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR