İslamiada: Voleybol yığmamız çempion oldu

İslamiada: Voleybol yığmamız çempion oldu
21:48 18 May 2017
67 Digər
Ölkə mətbuatı
A- A+

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadın voleybolçuların yarışı başa çatıb.

Trend-in məlumatına görə, finalda Azərbaycan və Türkiyə komandaları qarşılaşıblar.

İlk setdə qalib gələn idmançılarımız ikinci setdə məğlub olsalar da, növbəti iki setdə türkiyəli rəqiblərinin müqavimətini qıra biliblər - 3:1.

Beləliklə, Azərbaycan İslamiadada 59-cu qızıl medalını qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/islamiada/199334.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR