Napoleon müəmması: tortla imperator arasında...

Napoleon müəmması: tortla imperator arasında...
22:17 18 May 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

İndiki təhsil sisteminin naqisliyindən çox söz açılıb. Haqlı da qınayırlar.

Bəzi yuxarı sinif şagirdləri və abituriyentlərlə bir-iki kəlmə kəsəndə, uşaqlıq illərində sevə-sevə izlədiyimiz "Zita və Gita" kinofilmindəki Randjit obrazı yada düşür. Tüfeyli həyat sürən  gənc ilk dəfə bazara gedir və orda badımcanı göstərərək satıcıdan bunun nə olduğunu soruşur. "Badımcan" cavabını eşidəndə isə çox təəccüblənir: "Doğurdan??? Qəribədir... Sizcə badımcan belə olur?" Hə, badımcanı ancaq masa üzərində görən şəxsdən başqa gözlənti də ola bilməz.

Milli.Az islam.az-a istinadən bildirir ki, bax, hazırda bizim bəzi yeniyetmələr də həmin Randjit kimidilər. Sadəcə olaraq anlayışları olmayan sahələr fərqlidir. Məsələn, 1-ci qrup üzrə ali məktəbə imtahanlara hazırlaşanların bəziləri Napoleonun yalnız şirniyyat növü olmadığının, 3-cü qrupa hazırlaşanlar isə "Nyuton qanunu" dedikdə heç də hansısa Afrika dövlətinin cinayət məcəlləsindən söz açılmadığının fərqində deyillər.

Belə bir gənc nəsil böyüyür. Bu yaxşıdır ya pis? Bunlara "ixtisaslaşmanın fəsadları" deyək ya "beyinləri lazımsız informasiyadan azad olan gənclər"? Cavabı özünüz verin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/545396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR