Ermənistanda hökumət istefa verdi

Ermənistanda hökumət 2 aprel seçkilərindən sonra, yeni parlament heyətinin ilk iş günündə konstitusiya tələblərinə uyğun olaraq istefa verib.

Metbuat.az bildirir ki, Serj Sarkisyan istefanı qəbul edib.

10 gün ərzində Sarkisyan yeni baş nazirin adını açıqlamalıdır. Sonrakı 20 gün müddətində isə nazirlər kabinetinin tərkibi məlum olacaq.

Qeyd edək ki, Ermənistanda aprelin 2-də keçirilən seçkilərdə səslərin 49%-ini toplayan Cümhuriyyətçilər partiyası qələbə qazanmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR